//72-ci “Cannes Film Festival”-na daxil olan iki Koreya filmi

72-ci “Cannes Film Festival”-na daxil olan iki Koreya filmi

 

Aprel ayının 18-də 72-ci “Cannes Film Festival”-na daxil olan filmlərin siyahısı ictimaiyyətə təqdim olunub. Bu siyahıya müxtəlif ölkələrin təqdim etdiyi maraqlı filmlər daxildir. Müsabiqədə maraqlı süjet xətti ilə seçilən iki Koreya filmidə yer alıb. 1-ci film Bonq Cun Honun (Bong Joon-ho) rejissorluğu ilə çəkilən “Parasite” filmidir. Bu fil “Əsas film” kateqoriyasında yer alır. Yuxarıda adı keçən rejissorun festivala daxil olan “Okja” filmindən sonra ikinci işi hesab olunur.

2-ci film Ma Donq Sokun (Ma Dong-Seok), Kim Mu Yolun (Kim Moo-yeol) rol oynadığı “Eternals” adlı filmdir. Rejissorluğu İ Von Te tərəfindən edilən bu film “Gecə baxılası filmlər” kateqoriyasına daxildir.

Əziz Hansamo izləyəciləri, qeyd edək ki, hər iki film haqqında ətraflı məlumat saytımızda vardır. “Parasite” filmi haqqında ətraflı məlumatı buradan, “Eternals” haqqında isə buradan oxuya bilərsiniz.

72-ci “Cannes Film Festival”-ı may ayının 14-25-i tarixlərində baş tutacaq. Bizi izləməyə davam edin.