//72-ci “Cannes Film Festival” müsabiqəsinin qalibi bəlli oldu

72-ci “Cannes Film Festival” müsabiqəsinin qalibi bəlli oldu

 

May ayının 14-dən 25-nə kimi davam edən 72-ci “Cannes Film Festival” müsabiqəsinin ən yaxşı rejisor naminasiyası üzrə qalibi koreyalı rejissor Bonq Cun Ho (Bong Joon-ho) seçildi. O, naminasiya üzrə birincilik uğrunda 25 ən yaxşı rejissor ilə mübarizə aparırdı. Xatırladaq ki, rejisor Bonq Cun Ho (Bong Joon-ho) “Parasite” filmi sayəsində birincilik qazanıb. Qeyd edək ki, adı keçən festivalda iki koreyalı rejisorun filmi müsabiqəyə qatılmışdı. Bu haqda buradan və qalib seçilən “Parasite” filminin süjet xətti haqqında buradan ətraflı oxuya bilərsiniz. Bu münasibət ilə Koreya prezidenti Mun Ce İn (Moon Jae-in) rejisor Bonq Cun Honu (Bong Joon-ho) təbrik edərək belə deyib: “Film ərsəyə gələnə, süjet xətti yazılandan tam hazır olana kimi olan prossesdə rejisor Bonq Cun Honun (Bong Joon-ho) nə qədər əziyyət çəkdiyini çox yaxşı bilirik. Bu qalibiyyət, “Parasite” filmi öz filmlərimiz ilə fəxr etməyə imkan yaratdı. Bonq Cun Ho (Bong Joon-ho) adına fəxr edir və bütün xalqım adına ona dərin minnətdarlığmızı bildiririk. Tezliklə filmə baxmaq üçün səbirsizlənirəm. 2019-cu il, Koreya kinosunun 100 iliyi münasibəti üçün bu qalibiyyət çox önəmli idi. Koreya kinosunu yüksəklərə qaldıra bilmək, bizim üçün ən böyük hədiyyə oldu”.

 

 

Qeyd edək ki, filmin dünyaya yayımlanması iyul ayının 4-nə planlaşdırılır.