//5 Koreyalı Top Model öz gözəllik sirlərini bölüşür

5 Koreyalı Top Model öz gözəllik sirlərini bölüşür

Cənubi Koreya paytaxtının dəri qulluğuna divanə şəhər olması heç kimə sirr deyil. Beləliklə, Seul Moda Həftəsi üçün 5 koreyalı modeldən – Sınhi KimHyonCi ŞinHoYon Conq, Yun Yonq Be və Sora Çoy – gözəllik sirlərini bizlə paylaşmağını xahiş etdik. Parça maskalara olan sevgilərindən qaydalı SPF istifadəli gözəllik sirlərinə qədər – bu modellər çıxışa hər zaman bu cür hazırlaşırlar .

 

    Sınhi Kim (SUNGHEE KIM)

                                                             instagram: _sungheekim

    Moda Həftəsi ərzində onsuz keçinə bilmədiyiniz məhsul:

    Dermatoloji yaş əleyhinə krem. Bu məhsulu hər gün üzümü təmizləyəndə istifadə edirəm.

    Yaxşı dəri bundan başlayır:

Su içmək və mən mist və toner yerinə Whal Myung Skin Elixir istifadə edirəm.

    Sizin əsas koreya gözəllik qanununuz:

Koreyalıların çoxsu həftədə 2-3 dəfə parça maska istifadə edirlər. P.S. Siz Koreyada 1$-a maska ala bilərsiniz.

 

    HyonCi Şin (HYUNJI SHIN)

                                                 instagram: iamhyunjishin

 Moda Həftəsi ərzində onsuz keçinə bilmədiyiniz məhsul:

Mənim dərim qurudur, buna görə də mənim üçün əsas onu nəmləndirməkdir. La Mer çox gözəldir.

Yaxşı dəri bundan başlayır:

Mənim atamın dərisi həmişə əla olub, məncə onun genləri mənə keçib. Hər gün çölə çıxmamışdan qabaq günqoruyucu krem tətbiq edirəm — bu əla dərinin təməlidir..

Sizin əsas koreya gözəllik qanununuz:

Su, yuxu və həmişə yatmazdan öncə makiyajınızı təmizləyin.

 

Sora Çoy (SORA CHOI)

                                                      instagram: sola5532

 Moda Həftəsi ərzində onsuz keçinə bilmədiyiniz məhsul:

Moda Həftəsi vaxtı gün ərzində bir neçə dəfə makiyaj tətbiq edib sildiyimə görə mən həmişə birinciliyi dəri qulluğuna verirəm. Yatmazdan öncə həmişə maska qoyuram. Bu yaxınlarda Dr. Jart+ -dan birini istifadə etdim.

Yaxşı dəri bundan başlayır:

Hara getməyimdən və nə etdiyimdən asılı olmayaraq həmişə günqoruyucu krem tətbiq edirəm. Hətta evdən çıxmağı planlaşdırmadıqda belə dərimi saxlaması üçün istifadə edirəm. Gündəlik nəmləndirici və üz qulluğu üçün – ən sevdiyim Dior Hydra Life; o, mənim dərimi hamar və parlaq saxlayır.

Sizin əsas koreya gözəllik qanununuz:

Dəqiq bilmirəm  bu ” Koreya ” gözəllik qanunudur ya yox, amma mən çalışıram ki, makiyajım mümkün qədər təbii görünsün. Özünüzün qismən nəm amma, mat olmayan tipik “makiyajsız” makiyajınızı yaradın.

 

HoYon Conq (HOYEON JUNG)

                                                   instagram: hoooooyeony

 

Moda Həftəsi ərzində onsuz keçinə bilmədiyiniz məhsul:

Parça maskalar. Moda Həftəsi ərzində dərim çox həssaslaşır, buna görə də yatmazdan öncə həmişə maska qoyuram. Bu mənim dərimi sakitləşdirir!

Yaxşı dəri bundan başlayır:

Gündə 2 litr su içmək, səhər üzü yalnız su ilə yumaq, tez-tez əli üzə vurmamaq və mütləq günqoruyucu krem tətbiq etmək! Mən üzümə güclü stimulasiya verməməyə və daha çox maye saxlamağa çalışıram!

Sizin əsas koreya gözəllik qanununuz:

Düşünürəm ki, Koreya gözəlliyi makiyaja yox daha çox üz qulluğuna fokuslanıb!

 

Yun Yonq Be (YOON YOUNG BAE)

                                                   instagram: mulan_bae

Moda Həftəsi ərzində onsuz keçinə bilmədiyiniz məhsul:

Ayaq üçün Kyusoku Bijin Cool Refresh plastırları. Mən onları ağır iş günündən sonra istifadə edirəm. Onu ayağıma yapışdıranda canlanmış hiss edirəm və bədənin bu hissəsinin vəziyyəti yaxşılaşır. Həmçinin, istənilən uzaq uçuşlardan sonra bu ən yaxşı şeydir!

Yaxşı dəri bundan başlayır:

Yağla təmizlənmə. Mən həmişə təmizləyici yağdan istifadə edirəm, çünki o, eyni zamanda həm təmizləyir, həm də yumşaldır. Düşünürəm ki, yaxşı dəri üçün ən əsas düzgün təmizlənmədir.

Sizin əsas koreya gözəllik qanununuz:

Koreyanın üz üçün maskaları K-beauty-də ən məşhur və tanınmış predmetlərdəndir . Onları ən yaxşı üsullarla istifadə edin və dəriniz sağlam olacaq!

 

Mənbə: wmagazine