//2PM qrupunun üzvü Hvanq Çan Sonq (Hwang Chan-sung) bu gün hərbi xidmətinə başladı

2PM qrupunun üzvü Hvanq Çan Sonq (Hwang Chan-sung) bu gün hərbi xidmətinə başladı

 

Bu gün, iyun ayının 11-də 2PM qrupunun üzvü Hvanq Çan Sonq (Hwang Chan-sung) hərbi xidmətinə başlayıb. JYP Entertainment agentliyinin verdiyi açıqlamada aktyorun şəxsi istəyi ilə onun haradan və saat neçədə gedəcəyi vaxtları gizlədilib. Xatırladaq ki, idol sonuncu dəfə “So I Married an Anti-Fan”  serialında rol alıb. Serialın yaxın günlərdə yayımlanması planlaşdırılır. Hvanq Çan Sonq (Hwang Chan-sung) hərbi xidmətini 2021-ci ilin yanvar ayında tamamlayacaq. İdolun gizli hərbi xidmətə getməsinə baxmayaraq naməlum mənbələr tərəfindən onun hərbi təlim mərkəzindəki gizli videosu qeydə alınıb. Gəlin birlikdə həmin videoya baxaq.

 

 

2PM qrupunun rəsmi Twitter səhfəsi yenilənərək qrupun dörd üzvü ilə birlikdə olan şəkili paylaşılıb. Yayımlanan şəklin altına: “2PM qrupunun əbədi maknesi. O, sonuna kimi mehriban idi. Sağ salamat geri dön. Hottest, gəlin olun ağlamadan gözləyək” sözləri qeyd edilib.

Niç Kyon (Nichkhun) şəxsi Instagram səhfəsində: “Makne, salamat qayıt. Sənin yerini heç nə doldura bilməyəcək. Uğurlar!” sözlərini yazaraq, birlikdə çəkilən şəkillərini paylaşıb.