//2NE1-dan CL Meksikada + Justin Bieberin Let Me Love mahnısı CL üçün yazılıb?

2NE1-dan CL Meksikada + Justin Bieberin Let Me Love mahnısı CL üçün yazılıb?

CL, Meksika Şəhəri Beynəlxalq Havalimanında 2NE1-in prodüsseri Çanqme(Jjangmae) ilə görülüb.

Həmçinin, Jeremy ScottStella Maxwell də CL ilə eyni anda Meksikaya gəlib.  Bununla yanaşı pərəstişkarlar CL-in Meksikaya getmə səbəbinin altında gizli bir yeni musiqi proyekti olduğunu düşünür. Ən çox diqqət çəkən isə CL-in tez bir zamanda itirdiyi çəkidir. CL-in medyaya son yayılan şəkillərində kök olması netizenlərin mənfi rəy yazmağına səbəb olmuşdu. Bununla əlaqədar olaraq Alexander Wang və CL, CL-in daha incə göründüyü şəkilləri sosyal şəbəkələrdə paylaşdı.

Meksikada CL-i görmədən öncə Brain Lee CL-in Justin Bieber və DJ Snake-in Let Me Love You adlı mahnısının tamam fərqli versiyasını yayımladı.  CL və DJ Snake 2015-ci ildə bir araya gəlmişdi. Bütün bunlar əslində mahnının orjinal formasının Cl-ə aid olduğu fikirlərini yaradır.

DJ Snake daha öncə CL-in mahnısı olduğu üçün bu mahnıya aid twitləri bəyənib.



TAGS:

Elmina Səfərova

Mən Səfərova Elmina 2013-cü ildən Koreya və BIGBANG pərəstişkarıyam.Hal-hazırda Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Elmina Səfərova