//2AM-dan Im Seulong avtomobili ilə piyadanı vurub + piyada dünyasını dəyişib

2AM-dan Im Seulong avtomobili ilə piyadanı vurub + piyada dünyasını dəyişib

Avqustun 4-də polis İm Seulongun avqustun 1-i gecə saatlarında avtomobil qəzası törətdiyini bildirdi.

Seul Seobu Polis İdarəsindən verilən məlumata görə, İm Seulong şəxsi avtomobili ilə Seulun Seun Eunpyeong şəhərində hərəkətdə olub.

Im Seulong hərəkət halında olan zaman qırmızı işıqda yolu keçən piyadanı şəxsiavtomobili ilə vurub. Məşhur hava şəraiti yağışlı və sisli olduğundan piyadanı görməyib. Qəzadan sonra xəstəxanaya aparılan piyada qısa müddət sonra dünyasını dəyişib.

Seul Seobu Polis Şöbəsi; “Qəza ilə əlaqədar araşdırma aparırıq. Piyada qırmızı işıqda keçməsinə baxmayaraq,  İm Seulongun maşını ilə vurulduqdan sonra dünyasını dəyişib. Ancaq yenə də vəziyyətin təfərrüatlarını və Im Seulongun Yol Hərəkəti Qanunu pozub, pozmadığı araşdırılır”-deyə bildirib.

Məlumata görə Im Seulong qəzadan dərhal sonra polis tərəfindən sorğu-sual edilib və əlavə sorğu üçün daha gec bir tarixdə yenidən çağırılacaq.

Seul Seobu Polisi; “Qəzanın səbəbinin Im Seulongun diqqətsizliyi  olmadığını bilirik, ancaq hərəkətdə olan zaman Im Seulongun sürət həddini keçib, keçmədiyi araşdırılır. Hazırda istintaq davam etdiyi üçün bu barədə bir şey söyləmək çətindir. İstintaqla bağlı təfərrüatları açıqlaya bilmədiyimizi başa düşməyinizi xahiş edirik. ”

 

Elmina Səfərova