//2am-dan Conq Cinun(Jeong Jinwoon) Conq Cun Yonq(Jung Joon Young)-un kakaotalk qrupunun üzvü olması haqqında açıqlama verdi

2am-dan Conq Cinun(Jeong Jinwoon) Conq Cun Yonq(Jung Joon Young)-un kakaotalk qrupunun üzvü olması haqqında açıqlama verdi

Conq Cinun(Jeong Jinwoon), Conq Cun Yonq (Jung Joon Young)-un söhbət otağının üzvü olduğu haqqında çıxan şayiələrə cavab verdi.

Aprel ayında Conq Cinun(Jeong Jinwoon)-un Conq Cun Yonq(Jung Joon Young)un söhbət qrupunun iştirakcısı olduğu barədə şayiələr ortaya çıxdı. İki məşhur birlikdə JTBC-nin “Hitmaker” proqramının aparıcı idi. Söhbət qrupunun əvvəlcə “Hitmaker”-in çəkilişi üçün zəruri xəbərləri bölüşmək məqsədi ilə yaradıldığı, lakin sonradan Conq Cun Yonqun  uçuş işçisinin qanunsuz çəkilmiş fotosunu paylaşdığı və xaricdə fahişəlik xidmətlərinin sifariş edildiyi açıqlandı. Xəbərdən sonra Conq Cinun-un agentliyi cavab verdi ki, müğənni hərbi xidmətdə olduğuna görə faktları təsdiqləmək çətin olacaq.

1 oktyabrda Conq Cinun rəsmi fan kafesində açıqlama verdi və söz-söhbətlərlə bağlı pərəstişkarlarına birbaşa müraciət etdi.

Əvvəlki yazımdakı rəyləri oxuduqdan sonra çox düşündüm. Bunun düzgün olmadığını bildiyim üçün məni sevən insanların şübhəsiz eyni düşünəcəklərinə inanırdım. Agentliyim bir mətbuat şərhi buraxmağı və həqiqəti söyləməyi planlaşdırır, amma əvvəlcə hadisə ilə bağlı sizə danışmağı və fikrinizi rahatlatmağı düşündüyüm üçün bu yazını yazmaq qərarına gəldim. Sizdən bu qədər gözləməli olduğunuz üçün üzr istəyirəm.

Məqalələrin dediklərindən fərqli olaraq, söhbət otağı proqram çəkmək üçün yaradıldı. Lazım gələrsə yayımda istifadə edilə bilən söhbət otağı idi. Proqramı seyr etsəniz görərsiniz. Bir-birimizi yoxlamadan başqa, çəkilişdən sonra istifadə etmədiyimiz bir söhbət otağı idi.

Söhbət otağında gedən söhbət növünə gəlincə, xatırlaya bilmirəm, çünki üzərindən çox vaxt keçib. Ancaq ümid edirəm ki, bu cür narahatcılıq yaradan şeyləri oxumaqdan zövq alan bir insan olmadığımı bilirsiniz.

Əminliklə xatırladığım şey, bu cür videonu heç görmədiyim və paylaşmamağımdır. Əgər mən bunu etmiş olsa idim, əsgərlikdə xidmət edə və normal şəkildə təxris ola bilməzdim. Buna görə düşündüm ki, yavaş-yavaş həqiqəti sizə bildirim. Çox üzr istəyirəm. Mən qaçmamışdım.

Həmişə düşünürdüm ki, açıqlama vermək üçün doğru zaman nə zamandır. Əvvəlcə sizə deyirəm, çünki daha çox gözləsəm, pərəstişkarların daha da narahat olacağını düşündüm. Mətbuat şərhində söyləyəcəklərim, sizə məlumat vermədən əvvəl agentliyimlə danışacağam. Ancaq bu bizim üçün bir yerdir(fan kafe). Bunu agentliyimlə məsləhətləşmədən yazıram. Ümid edirəm ürəyimin nə qədər ağır olduğunu bilirsiniz.

Əvvəlki yazımı oxuduqdan sonra əsəbləşən və bu postu gözləyən pərəstişkarlarımdan çox üzr istəyirəm. Yazdıqlarımı oxuduğunuz üçün təşəkkür edirəm.”

Elmina Səfərova

Mən Səfərova Elmina 2013-cü ildən Koreya və BIGBANG pərəstişkarıyam.Hal-hazırda Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Elmina Səfərova