//2017-ci ildə çəkilən “The Merciless” filmi ingilis dilində yenidən çəkiləcək

2017-ci ildə çəkilən “The Merciless” filmi ingilis dilində yenidən çəkiləcək

 

May ayının 18-i tarixində, təşkil olunan Kan kino festivalında, 2017-ci ildə çəkilən “The Merciless” filminin ingilis dilində yenidən çəkiləcəyi haqqında məlumat verilib. Filmin yenidən çəkilməsi ilə CJ Entertainment və fransız-isveç şirkəti Pathé Films məşğul olcaq. CJ Entertainment tərəfindən verilən məlumatlarda: ” “The Merciless” filminin yenidən ingilis dilində çəkilməsi, filmin Amerika və Avropa kino aləmində daha çox izlənə bilməsinə imkan yaradacağını düşünürük”. Qeyd edək ki, filmin süjet xətti cinayətkar bandanın üzvü olan iki məhbusun eyni həbsxanaya düşməsindən və aralarında yaranan münaqişəli münasibətlərdən bəhs edir”. Filmin baş rollarını aktyor Sol Kyonq Qu (Sol Kyung-gu) və İm Şivan (Im Siwan) oynayıb.