//2 PM-dən Wooyoung hərbi xidmətdən təxris oldu

2 PM-dən Wooyoung hərbi xidmətdən təxris oldu

2 PM-dən Wooyoung, 28 fevral tarixində V Canlı yayımı ilə hərbi xidmətini başa vurmasını qeyd etdi!

Wooyoung: “haradan başlayacağımı bilmirəm. Bu çətindir. 28 fevral 2020-ci il tarixindən hər kəs rəsmi olaraq vəzifədən azad edildi. Həm xoşbəxtəm, həm də kədərli. Hamını böyük bir təbəssümlə salamlamaq istədim, amma insanların indiki vəziyyəti yüngül qəbul etdiyimi düşünməsini istəmirəm. ”

O, davam etdi: “Müdafiə Nazirliyinin göstərişləri ilə məzuniyyətdən sonra bazaya qayıtmadım və  bazadan xaric olundum. Kaş ki, yoldaşlarım və zabitlərimlə vidalaşsaydım. ”

Wooyoung, “Mən COVID-19 virusuna nifrət edirəm. Hər şeyi pozmaq istəyirəm. Çox gülüncdür. Əminəm ki, hamınız kədərlənmisiniz və ruhdan düşmüsünüz, amma bunun öhdəsindən gəlməlisiniz. Gəlin bunu birlikdə edək. Biz virusa qarşı olan savaşı qazanacağıq. “- deyə bildirib.

2PM üzvü pərəstişkarların bəzi suallarını cavablandırmaq üçün də vaxt ayırıb. Pərəstişkarlar Wooyoung-un əsgərlikdə olarkən kimin barəsində ən çox düşündüyünü soruşduqda, o, dedi: “Mən sizlər haqqında və valideynlərimə qarşı da  daha yaxşı olacağımı düşünürdüm. 2PM üzvləri və minnətdar olduğum insanlar haqqında da düşünürdüm.

“Ən çox düşündüyüm şey pərəstişkarlarımız idi. Çoxlu məktub və hədiyyə alırdım.  Hər kəsə təşəkkür edirəm. Bunu fanatlar qarşısında şəxsən etmək istədim, amma bacarmadığım üçün kədərləndim. Bunu V Live vasitəsilə deməliyəm, amma gələcəkdə də sizə daha çox təşəkkürümü bildirəcəyəm. ”

O, məzuniyyətdə olduğu zaman 2PM üzvləri ilə görüşdüyünü bildirdi. “Jun.K mənimlə eyni bölgədə idi, buna görə də tez-tez bir-birimizi görürdük. Hər ikimiz eyni vaxtda bazardan çıxanda görüşdük. Taecyeonu tez-tez görə bilmədim, amma təxris olandan bəri həqiqətən məşğuldu. Nichkhun hərbi bazamın yaxınlığında yaşayır, ona görə də dayanacaqda bir-birimizi görürdük. ”

Junho və Chansung ilə əlaqə qura bilmədiyini və onların kədərləndiklərini bildirdi. “Junho və Chansung üçün üzr istəyirəm. Tezliklə görüşməyə gedəcəm. Bütün üzvlər məzuniyyət zamanı bir dəfə görüşdük, amma Chansung orada deyildi. Üzvlər bu yaxınlarda yenidən görüşdülər, amma bu səfər də mən orada deyildim.”

Jun.K və Nichkhun, veriliş zamanı Wooyoung-u təəccübləndirərək bir anda onu görmək üçün Wooyoungun olduğu yerə gəldilər. Veriliş zamanı Nichkhun: “İndi bir-birimizi çox görə bilərik.”-deyə dostu ilə zarafatlaşdı.

Elmina Səfərova