//“18-ci Director’s Cut Mükafatları”nda aktyor kateqoriyasının qalibləri açıqlanıb

“18-ci Director’s Cut Mükafatları”nda aktyor kateqoriyasının qalibləri açıqlanıb

Bu ilki, “18. Director’s Cut Mükafatları”nın bəzi qalibləri və bəzi namizədlərı açıqlanıb.

1988-ci ildən bu yana hər il keçirilən Directo’rs Cut Mükafatlarına, Koreya Film Rejissorları Cəmiyyəti ev sahibliyi edir və qalibləri müəyyən edir. Bu il, dərnək rəhbərləri, 1 Oktyabr 2017 – 30 Sentyabr 2018 tarixləri arasında ekrana girən filmləri və bu filmlərdə rol alan aktyorları qiymətləndirib.

Rejissorlar üçün dörd fərqli mükafat kateqoriyası yer alır: İlin Rejissoru, İlin Yeni Rejissoru, İlin Perspektivi və Ən Yaxşı Ssenari.

Aktyorlar üçün də dörd fərqli mükafat kateqoriyası yer alır: İlin Aktyoru, İlin Aktrisas, İlin Yeni Aktyoru və İlin Yeni Aktrisası.

İlin Aktyoru “The Spy Gone North” filmi ilə Lee Sung-Min, İlin Aktrisası “Little Forest” filmi ilə Kim Tae-Ri, İlin Yeni Aktyoru “Along With the God’s: The Two Worlds” filmi ilə EXO qrupundan Do Kyung-Soo və İlin Yeni Aktrisası” The Witch” filmi ilə Kim Da-Mi seçilib.

İlin Rejissoru namizədləri; “The Fortress” filmi ilə Hwang Dong-Hyuk, “1987: When the Day Comes” filmi ilə Jang Joon-Hwan, “Little Forest” filmi ilə Im Soon-Rae, “Burning” filmi ilə Lee Chang-Dong, “Her Story” filmi ilə Min Kyu Dong və “The Spy Gone North” filmi ilə YoonJong-Bin seçilib.

İlin Yeni Rejissoru namizədləri; “The Outlaws” filmi ilə Kang Yoon-Sung, “The First Lap” filmi ilə Kim Dae-Hwan, “Microhabitat” filmi ilə Jeon Go-Woon, “Last Child” filmi ilə Shin Dong-Suk və “After My Death” filmi ilə Kim Eui-Seok seçilib.

İlin Perspektivləri namizədləri; “Glass Garden” filmi ilə Shin Soo-Won, “The Remnants” filmi ilə Kim Il-Ran və Li Hyuk-Sang, “Microhabitat” filmi ilə Jeon Go-Woon, “Losers Adventure” filmi ilə Go Bong-Soo, “Last Child” filmi ilə Shin Dong-Suk və “After My Death” filmi ilə Kim Eui-Seok seçilib.

Ən Yaxşı Ssenari namizədləri; “The Fortress” filmi ilə Hwang Dong-Hyuk, “1987: When the Day Comes” filmi ilə Kim Kyung-Chan,”Burning” filmi ilə Eh Jung-umu və Lee Chang-Dong, “Believer” filmi ilə Jung Seo-Kyung və Lee Hae-Young, “Her Story” filmi ilə Seo Hye, Jung Kyuh-Woon və Min Kyu Dong və “The Spy Gone North” filmi ilə Kwon Sung-Hwi və Yoon Jong-Bin seçilib.

Ləman Həşimli

Mən Ləman Həşimli - Hansamo təşkilat qrupunun üzvü və sosial media meneceri.
"Hansamo" jurnalının və Hansamo.az saytının redaktor və yazarı.
Əlaqə: leman.hesimova@hansamo.az
hashimli.laman@gmal.com
Fb/ Ləman Həşimli
IG/ hashimli.leman
Ləman Həşimli

Latest posts by Ləman Həşimli (see all)