//13-cü “Asian Film Awards” mükafatının qalibləri

13-cü “Asian Film Awards” mükafatının qalibləri

 

Mart ayının 17-də Çinin Honq-Konq Xüsusi İnzibati Ərazisi sayılan şəhərində  “Asian Film Awards” mərasiminin 13-cü tədbiri baş tutub. “Asian Film Awards” mükafat mərasimi “Tokio Beynelxalq kinofestivalı”-nın yaradıcısı olan  “Asiya kinomatoqrafiya Akademyası” , “Honq-Konq Beynəlxalq kinofestivalı” və “Pusan Beynəlxalq kinofestivalı” tərəfindən birgə hazırlanıb.

Yaradıcılıq naliyyətlərinə görə “Ən yaxşı rejissor”  mükafatına : “Burning”-2018 filminə görə rejissor Li Çanq-donq (Lee Chang-dong)

“Yeni nəsil” mükafatına : Kim Ce-cunq (Kim Jae-joong)

“Parlayan ulduz” mükafatına : Park So-cun (Park Seo-joon) laiq görülüb.

Sevimli aktyor mükafat alarkən bu sözləri qeyd edib : Mən ilk dəfədir ki, “Asian Film Awards” mükafat mərasimindəyəm. Mənə təqdim olunan bu, mükafatı aldığım üçün çox şadam. Mən müxtəlif insanlarla, fərqli proyektlərdə, təkcə Koreyada deyil eləcədə diğər ölkələrdə də işləmək arzusundayam. Bu arzumu reallaşdırmaq üçün əlimdən gələn hər şeyi edəcəyəm. Hamıya təşəkkür edirəm”