//1 mart: Koreya Müstəqillik Günü – Sam İl Çol

1 mart: Koreya Müstəqillik Günü – Sam İl Çol

Koreya Müstəqillik Günü (삼일절)

1 mart Koreyanın müstəqillik günüdür və Koreyanın rəsmi tətil günü kimi qeyd edilir. Bütün ölkə hər il 1 martda anım mərasimi təşkil edir. 1919-cu il Yaponların əsarəti altında olan Koreya xalqı müstəqillik hərəkatı başlatdı. Həmin gün ölkənin tarixinə “1 Mart Bayramı”, “1 Mart Hərəkatı” deyə yazıldı. Koreya dilində “ 삼일절”(Sam İl Çol) adlanan bu hadisə hər il böyük bir sevinclə yad edilir.

Koreyanın son krallığı olan Çoson İmperatorluğu ( 1392-1910) , 1910-cu ildə yaponlarla bağladığı müqavilə ilə Yaponyanın əsarətini qəbul etmiş və beləliklə koreyalılar yaponlardan asılı hala çevrilmişdir.Yaponlar koreyalılar üzərində öz dillərindən istifadə etməmək, yapon adlarından istifadə, çətin şərait altında işlətmək və müvəqqətiyətli insanları zorla Yaponyaya göndərmək kimi repressiv rejim tətbiq etmişdir.

Koreya xalqı bu əziyyətə boyun əyməyib, ölkədə iri miqyaslı hərəkatlar təşkil edərək  müstəqillik uğrunda mübarizəyə başlamışdırlar. Xalqın içindən 33 təmsilçi 1mart 1919-cu ildə müstəqillik elan edəcəklərini yaymış və tələbələr başda olmaqla bütün Koreya xalqı müstəqillik hərəkatına qatılmışdır. Hərəkat Koreyada baş verən hadisələri bütün dünya üzərində işıqlandırmışdı. 1919-cu ilin may ayına qədər davam edən 1500 hərəkata 2.000.000 koreyalı qatılmışdır. Hərəkatda Yapon ordusu tərəfindən işgəncə və toplu qətliama çox sayda korealı məruz qalmışdır.

Park In Şik(Park Eun Shik)in ”Koreya Müstəqillik Hərəkatının Qanlı Tarixi”(The Bloody History of the Korean Independence Movement) kitabında yazılana görə, qanlı hadisədə 7,509 nəfər həyatını itirmiş, 16.000 nəfər yaralanmış və 46.303 nəfər həbs edilmişdir.

Ryu Qwansun (1902-1920)

Ryu Qwansun Yapon işğalına qarşı keçirilən hərəkatın təşkil edənlərdən biridir. Ailəsini də hərəkatlar ərəfəsində yapon əsgərinin açdığı atəş ilə itirən Ryu Qwansun, yaponlar tərəfindən həbsxanada işgəncələrə məruz qalaraq 18 yaşında vəfat etmişdir. Ryu Qwansun 1 Mart Müstəqillik Hərəkatının simvolu olaraq bütün kitab və dərsliklərdə verilir.

1 Mart Hərəkatından sonra Çində , liderlər tərəfindən 1919-cu ilin aprel ayında Şanqayda keçici Koreya Respublikası Höküməti quruldu. Həmin hökümət müasir Koreya tarixində Koreyanın ilk demokratik höküməti sayılır.

Daha sonra Çində Koreya Müstəqillik Ordusu qurulmuş və bu ordu Çin, Mançurya və Sibirya əyalətləri ilə Yaponlarla 30-dan artıq silahlı döyüşə girmişdir.

Müstəqillik hərəkatından sonra 2-ci Dünya Müharibəsində Yaponyanın məğlub olması ilə Koreya yarımadası müstəqilliyə qovuşub. 2-ci Dünya Müharibəsinin qurtarması ilə bölgənin təhlükəsizliyini təmin etmək üçün yarımadanın cənubunda ABŞ ordusu , şimalında isə Sovet ordusu yerləşdirilmiş və beləliklə Koreya müharibəsi başlamışdır.

 

Elmina Səfərova

Mən Səfərova Elmina 2013-cü ildən Koreya və BIGBANG pərəstişkarıyam.Hal-hazırda Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Elmina Səfərova