//“0.0MHz” filminin yeni bir fraqmenti yayımlandı

“0.0MHz” filminin yeni bir fraqmenti yayımlandı

Apink qrupundan Cunq In Ci (Jung Eun-Ji) və INFINITE qrupundan İ Sunq Yolun (Lee Sung-Yeol) rol aldığı qorxu-fantastika növündəki “0.0mhz” filminin üçüncü fraqmenti yayımlandı.

Film, fövqəladə hadisələri araşdıran “0.0mhz” adlı bir qrupun üzvləri ətrafında baş verir. Bir gün, 0.0mhz üzvləri paranormal hadisələrin meydana gəldiyi iddia edilən tərk edilmiş bir binaya gedir.

Film, Canq Cakın qələmə aldığı “0.0mhz” adlı serial webtoondan ilhamlanmışdır.

Filmin rejissor kreslosunda qorxu-gərginlik növündəki “Death Bell 2: Bloody Camp” filminin və” Vampir Prosecutor 2″ serialını ekranlaşdırılmış Yu Son Donq oturur.

Filmin 29 mayda, Cənubi Koreyada nümayişə girməsi planlaşdırılır.

TAGS:

Behbudzadə Aydan

Mən Behbudzadə Aydan 3 ildən artıqdır ki, koreyasevərlərdənəm, bir çox tədbirlərdə könüllü kimi iştirak eləmişəm. Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Behbudzadə Aydan