‘Apink’ qrupundan Conq İn Ci və ‘INFINITE’ qrupundan Li Sonq Yol-un yer aldığı qorxu–fantastik tərzində “0.0MHz” filminin fraqmenti nümayiş olundu.
Film, qeyri-adi hadisələri tədqiq edən ‘0.0MHz’ adlı qrupun üzvlərinin həyatından bəhs edir. Bir gün, ‘0.0MHz’ üzvləri, paranormal hadisələrin olduğu iddia edilən tərk edilmiş bir binanı araşdırır. Filmin mövzusu Canq Jak-in qələmə aldığı “0.0MHz” adlı webtoondan götürülüb.
Filmin rejissoru qorxu-gərginlik tərzindəki “Death Bell 2: Bloody Camp” filminin və “Vampire Prosecutor 2” serialının rejissoru olan Yo Sun Donq-dur.
Filmin bu ilin may ayında Koreyada nümayiş olunması planlaşdırılır.
Latest posts by Elmira Muxtarova (see all)