//세상에서 가장 좋은 이름 – Dünyadakı ən gözəl ad

세상에서 가장 좋은 이름 – Dünyadakı ən gözəl ad

*Deqam – Çoson dövründə iki nəsil hökm edən yüksək vəzifəli adamlara deyilir.

Körpənin ağlama səsi bütün kənd boyu yayılırdı. Deqam İ , üzündə hörmət və təbəssüm dolu ifadə ilə söylədi:

-“Arvad, doğurdanda çox əziyyət çəkdin!”

Deqam İ oynayaraq:

– “Bura baxın! . Kənddəki bütün əhalini ziyafət üçün məclisə çağıracağam.” -dedi.

Qulluqçu: “Bəli, Deqan. Təbrik edirəm”.

Deqam İ-nin evində nələr baş verirdi?

Ertəsi gün səhərdən etibarən məclis hədiyyə paketlərini eşidib gələn insanlarla dolu idi.

Deqam İ : -”Arvad, hər gün səni şərəfləndirəcəyəm! Evləndikdən 10 il sonra bir oğulun olması nə gözəldir! Doğurdan da qeyd ediləsi gündür!”

Deqam İ məclisə yığışan insanlara öz ürək sözlərini çatdırdı. Məclisə toplanan hər kəsə yeməklər verildi.

-“Dayan görək. Bizim şirin oğlumuza nə adı verəcəyik?”

Deqam İ və arvadı körpəyə dünyadakı ən gözəl adı vermək istəyirdilər. Ancaq gözəl ad tapa bilmirdilər.

Deqamın arvadı :

– “Məclisə gələn insanlardan soruşsaq necə olar?” 

Arvadının dediklərinə qulaq asan Deqam İ məclisə gələn insanlardan ona kömək etmələrini xahiş etdi.

Deqam İ:

-“Biz oğlumuza dünyadakı ən gözəl adı qoymaq istəyirik. Hər kimin xoşuna gələn ad varsa deyə bilər. Bu yaxşılığınızı unutmayacağam.”

Deqam sözlərini bitirdikdən sonra qulluqçu dedi :

-“Hörmətli deqam, 해동이-He Donq İ (günəş işığı, şəfəq) necədir? Səhərlər oyanıb baxçada işləyəndə parlaq günəş qədər möhtəşəm heç nə yoxdur. Hər kəsin bütün dünyanı aydınladan günəşi qısqanması gözəl olardı.”

Deqam bu sözləri eşidəndə qulluqçunun doğru söylədiyini düşündü.

Deqam İ : “Düzdür. Günəş olmasa, dünya da olmaz.” 

Deqam İ körpənin adını 해동이 (He Donq İ) qoymağı fikirləşdi.

Bu zaman Deqam İ-nin yanında əyləşən Deqam Kim dedi:

-“Hey! Bir kişi bütün dünyanı aydınlatmaq üçün bulud (Kurım), (구름) kimi yüksək bir düşüncəyə sahib olmalıdır. Elə deyil?”

Deqam İ  dostu Deqam Kimin dediklərinin düz olduğunu düşündü.

Onda şəfəq və bulud olaraq necə adlandıracaqsınız?

Deqam İ, Deqam Kimin dediklərini düşündü.

Yaxşı, şəfəq və bulud hər ikisi də yaxşı olduğu üçün körpənin adı 해 구름 동이 (he kurım donqi) olsun.”

Həmən an, çayın kənarında yaşayanlar dedi:

-“Hörmətli Deqam, su () ,(mul) kimi dünya üçün lazımlı insan olmalıdır. Elə deyil?” 

Deqam sözləri eşidən kimi doğru olduğunu düşündü və körpəyə 해 구름 물 동이 (he kurım mul donqi) adını verdi.

Hörmətli Deqam, körpənizdə şam ağacı (솔), (sol) kimi dəyişməyən imanın da olması vacibdir. Körpəniz hər zaman şam ağacı kimi güclü və yaşıl , təravətli yaşamalıdır.

Deqam körpənin adını 해 구름 물 솔동이 (he kurım mul sol donqi) qoydu.

Hörmətli Deqam, şam ağacının altında hər zaman daş (바위), (bavi) olur. Ərim də  həmişə mənim yanımda olur. Oğlunuz daş kimi bir kişi olsa idi gözəl olardı.”

Beləliklə Deqam körpənin adını 해 구름 물 솔 바위 동이 (he kurım mul sol bavi donqi) qoydu.

“Digər insanlarla yaxşı yaşamaq çox vacibdir. Ağacların və heyvanların birlikdə yaşadığı dağlar (산), (san) çox gözəldir.”

Deqam dağın ad üçün uyğun olduğunu düşündü. Körpəyə 해 구름 물 솔 바위 산 동이 (he kurım mul sol bavi san donqi) adını qoydu.

Axşam düşdükdə hər kəs evə getmək üçün ayağa qalxırdı. Ancaq dünyadakı ən gözəl adlar hələ də bitmirdi. Deqam körpəyə dünyadakı ən gözəl adı qoymaq istəyirdi.

Qardaş, başqa gözəl ad yoxdur?” -deyə, Deqam İ çıxıb gedən hakim Çe-dən soruşdu.

-“ Ho,ho! Çox ac gözlüsən. Artıq gecdir getməliyəm.”-deyib , Hakim Çe ayağını oynatdı.

Deqam heç nə etməyib içəri qayıtdı. Bu zaman hakim Çe geri qayıdaraq, Deqamı tutub dedi:

-“Keçmiş zamanlarda bəri çox çalışan və öyrənən (학), (haq)  insanlar var. Sənin fikrin necədir?”

Deqam: – “ Onda uşağımın adını 해 구름 물 솔 바위 산 학동이 (he kurım mul sol bavi san haqdoni) qoyacağam.”

Hakim Çe:

-“Ah! Deqam İ, tısbağalar (거북), (kobuk) uzun yaşamaq üçün ən yaxşısıdır.”

Deqam: “Təbii ki, hakim Çe sən çox şey bilirsən!. Artıq körpəmin adı 해 구름 물 솔 바위 산 학 거북 동이 (he kurım mul sol bavi san haq kobuk donqi) olacaq.”

Deqam İ arvadına körpənin adını nə qoyduğunu bildirdi. Bu zaman Deqamın arvadı dedi:

-“Deqam, yaxşı bir qəlbə sahib deyilsənsə nə qədər yaşadığın vacib deyil. Marallarında uzun buynuzları var , ancaq başqalarını narahat etmirlər və zərafəti də unutmurlar.” 

Deqam İ arvadının dediklərinə qulaq asdı və körpənin adına maralı (사슴) , (sasım) əlavə etdi.

Deqam İ:

해 구름 물 솔 바위 산 학 거북 사슴 동이 (he kurım mul sol bavi san haq kobuk sasım donqi) artıq körpəmizin adı tamamdır. Bəlkədə bizim körpəmiz qədər gözəl adı olan başqa körpə olmayacaq.”

Deqam İ və arvadı körpəni xoşbəxt şəkildə bu adla çağırdılar.

Artıq yatmaq zamanı gəlmişdi. Deqam İ və arvadı adı tapdıqdan sonra yatmağa hazırlaşırdı bu zaman Sonq tələsik bir halda Deqamın yanına gəldi.

-“Hörmətli Deqam, bulloço (불로초) adında sirli bir bitki vardır. Əgər o bitkini yesəniz sonsuza qədər uzun-uzun yaşıyacaqsınız. Dəyərli oğlunuza mütləq bu bitkinin adını qoymağı unutmayın.”

Deqam İ, Sonqa təşəkkür etdi və onu yola saldı.

Deqam İ:

-“Arvad son dəfə bulloçoya kimi bu adı qoyaq. Onda artıq körpəmizin adını çağıraq? 

Bizim körpəmiz 해 구름 물 솔 바위 산 학 거북 사슴 불로초동이~~! (he kurım mul sol bavi san haq kobuk sasım bulloço donqi)”

Ancaq Deqam uşağın adını çağırdıqda çox uzun olduğundan narahat oldu.

Ho, Ho ! On adın içindən sadəcə birini seçməliyəm.” 

Ancaq gecə keçdikcə Deqam ad seçə bilmədi.

Deqam:

-“해 구름 물 솔 바위 산 학 거북 사슴 불로초” bu adın içindən hansını seçək?

Deqamın arvadı :

-“ Gözlə, körpəmizə qoyduğumuz adların hamısı sonsuza qədər dəyişməyən 10 şeydir. 

“Hohoho! Doğurdan da evimizin içindəki byonqpunq (병풍)  ara kəsmədə bunların hamısı var.”

*병풍- Koreya evlərində dekor kimi istifadə olunan ara kəsmə

Deqam:

-“Hahahaha!  Bu qədər yaxında imiş və biz bunu bilmədən bütün gün çox əziyyət çəkdik”

O gündən sonra Deqamın oğlu adı kimi uzun-uzun yaşadı.

 

 

(yazı) : 박경아 (Park Kyonq A)

그림 (şəkil) : 조은숙 (Ço In Suk)

Tərcümə: Elmina Səfərova , Simuzər Əliyeva

Elmina Səfərova

Mən Səfərova Elmina 2013-cü ildən Koreya və BIGBANG pərəstişkarıyam.Hal-hazırda Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Elmina Səfərova