//백두대간을 지키는 호랑이 -Beqdudeqanı qoruyan pələng

백두대간을 지키는 호랑이 -Beqdudeqanı qoruyan pələng

*Beqdudeqan – şimalda Beqdu dağından başlayaraq cənubda Cirisana qədər uzanan sıra dağlara verilən addır.

[Beqdu dağı] , [백두산]

[Kımkanq dağı] , [금강산]

[Tebeqsan dağı] , [태백산]

[Cirisan dağı] , [지리산]

Ölkəmiz dağ, çay, dəniz və s. kimi gözəl təbiət ilə doludur. Beqdudeqan ölkəmizin gözəl təbiətini qoruyan həyatın kökləridir. Beqdudeqan Beqdu dağından başlayaraq Kimkanq dağı, Tebeq dağı və Cirisan dağına qədər uzanan böyük sıra dağdır.

*Danqun Vanqqom (단군왕검) indiki Liaoning, Mançuriya və Koreya yarımadasını əhatə edən torpaqlarda ilk Koreya Krallığı olan Qocosonun əfsanəvi qurucusudur. Əfsanələrə görə o, göylərin sahibi Hvanın nəvəsi idi.

İsti bir yaz günü Beqdudeqanın cənubunda yerləşən Cirisanda Danqunun doğulduğu xəbəri yayıldı.

– “ Pələng! Hardasan?!” – deyə, ağacların içində ən böyüyü və yaşlısı olan şam ağacı baba (koreyalılar həmin ağaca sonamu haraboci deyir) pələngi çağırdı.

Şam ağacı: “ Budağımdan qırıb, Tebeq dağlarına doğru qaç və bu ölkəyə kral olmaq üçün doğulan hörmətli Danquma ver.

Bəli, Əmriniz olar!” – deyərək pələng mavi budaqlardan birini ehmalca qırdı və yola düşdü.

Pələng Cirisandan ayrıldı və çəhrayı azaliyalarla dolu Yonqçesana gəldi.

Azaliya: “Pələng, hara gedirsiniz?”

Pələng: “Azaliya! Tebeqsana gedirəm.”

Azaliya: “Niyə?”

Pələng: “Kral olaraq doğulan hörmətli Danqunu salamlamağa gedirəm.

Azaliya: “Onda zəhmət olmasa məni də apar. Mən də hörmətli Danqun ilə tanış olmaq istəyirəm.

Pələng : “ Yaxşı.”- deyərək gözəl azaliyadan bir dəstə dərdi.

Pələng bir müddət sonra Doqyusana çatdı. Rododendron gülü (Koreya meşə gülü və ya Koreya gülü) bütün Doqyusanı solğun qırmızı bir işıqla örtmüşdü.

Pələng: “Sən hörmətli Danqunun doğulduğunu bilirsən?”

R: “ Doğurdan? Onda mən də onu salamlamağa getməliyəm.”

Pələng gülümsədi və rododendron gülünü ağzı ilə qopardı.

Doqyusanı keçdikdən sonra Dedoqsanın zirvəsindən hər tərəf ; buludlar, dağlar, ağaclar sanki pələngin pənçələrinin  altında kimi görünürdü.

Pələng: “ Bura seyr etmək üçün möhtəşəm yerdir!”

Pələng yaz çiçəkləri ilə yeni paltargeyinmiş Doqyu dağına heyranlıqla baxdı və biraz sonra dağdan aşağı endi.

Hyu~ çox qaçdım və boğazım qurudu.”

Uzun zamandır qaçan pələng ayaq saxladı və sərin axıntı olan tərəfə doğru endi. Daha sonra başını duyun içinə salaraq dərədən su içdi.

Pələng: “Ah! Sərindir!

Pələng başını qaldırıb səmaya baxdı. Göyün üzündə sanki buludlar və külək səyahət edirdi.

Pələng sürətlə qaçırdı. Sonunda simurq quşuna bənzəyən Ponqhvanqsana gəldi. Burada çoxlu yaşıl şam ağacları vardı.

Pələng: “Vay , vay . Bu tərəf mavi bir səmadır sanki!”

Pələng şam ağacları ilə örtülmüş yolda irəliləyir və xoş bir uğultu ilə kükrəyirdi.

Bu an :

Pələng, hara gedirsən?” – deyə səs eşidildi. Pələng başını qaldırıb yuxarı baxdı.

Pələng: “Ağacdələn! Yaxşısan?

Ağacdələn: “Belə tələsik harasa gedirsən?

Pələng: “Hə, hörmətli Danquna gedirəm.

Ağacdələn: “Çox gözəl. Tebeqsanda kralın doğulduğu xəbərini məndə eşitmişəm. Onunla tanış olmaq istərdim. Sənlə gələ bilərəm?

Pələng: “Əlbəttə

Qızıl lələkli ağacdələn və pələng sevinclə birlikdə yola qoyuldular.

Gecə düşmüşdü. Pələng və ağacdələn dağın zirvəsinə çıxdılar. Onlar gümüşü rəngli aya və qaranlıq ətrafa baxdılar.

Pələng: “Ağacdələn, bu gün artıq gecdir. Burada bir gecə qalaq və dincələk.

Ağacdələn: “Yaxşı

Gecə səma parlaq ulduzlar və qar kimi bəyaz ay ilə örtülü idi.

Səhəri gün yolda gedən pələng və ağacdələn yolun üstündə yerdə yatan ağ rəngli quş gördülər.

Sən kimsən? Bura niyə yıxılmısan?” -deyə, pələng ehtiyyatla soruşdu.

Mən şərq dənizində yaşayan qağayıyam. Güclü fırtına üzündən bura gəlmişəm.” -deyə qağayı zəif səslə pıçıldadı.

Pələng: “Belimə min. Mən səni daşıyaram.”

Pələng ilə ağacdələn nəhayət şərqə: Sobeqsana çatdılar. Sərin dəniz havası onları qarşıladı.

Pələng , çox sağol. Sənə minnətdaram.” -deyə , qağayı pələngin yanına süzüldü və güclü qanad çırparaq dənizə tərəf uçdu.

Pələng: “Yaxşı, bundan sonra ehtiyyatlı ol.”

Tebeqsana çatan pələng və ağacdələn Şindansuya tərəf qaçdılar. Burada yeni doğulmuş körpəni yedirtən gözəl bir qadın var idi. Pələng və ağacdələn başlarını aşağı saldılar.

Pələng: “ Hörmətli Danqun doğulduğu üçün təbrik edirik.”

Sən kimsən?”- deyə, qadın pələngə baxıb soruşdu.

Mən Cirisanda yaşayan pələngəm. Orada yaşayan hər kəsin adından sizi salamlamağa gəlmişəm.”- deyə pələng söylədi və şam ağacı, azaliya və Koreya gülünü başının önünə qoydu.

Qadın: “Minnətdaram. Beqdudeqandan bura qədər əziyyət çəkmisən.”

Xeyr, burada olduğum üçün çox xoşbəxtəm”-deyə pələng ürəkdən kükrədi.

Qadın: “Doğurdan da çox zərif və yaxşı bir qəlbin var. Gələcəkdə Beqdudeqanın qoruyucusu olun və bu gözəl, dəyərli torpaqları qoruyun.

Pələng: “Bəli!

Pələng başını qaldırıb Beqdudeqana baxdı.

Deyilənlərə görə indi də Beqdudeqanda pələngin səsi dağdan dağa eşidilir.


Pələng Asya ölkələrində gücü təmsil edir. Pələnglərin tək başına bütün dünyanı idarə edə biləcəklərinə inanılır.

Çəhrayı azaliya yeni başlanğıcları, sevgini, heyranlığı və həsrəti ifadə edir.

Rododendron gülü Koreya yarım adasında yetişən ən gözəl gül hesab olunur. Mənası isə uzun ömürlülük və dəbdəbədir.

Ağacdələn quşunun mənası yardımsevər, hər kəslə yola gedən, sadiq və sağlam bir dostdur.

Şam ağacı həmişəyaşıl ağacdır. Başqa ağaclar yarpaqlarını tökərkən şam ağacları həmişə yaşıl yarpaqlara sahibdir. Uzun müddətli ağac olan şam ağacı uzun və sağlam həyatı ifadə edir.

Qağayı azadlığı, ümidi və yeni başlanğıcları təmsil edir.

(yazı) : 이규태 (İ Kyu Te)

그림 (şəkil) : 이남구 (İ Nam Qu)

Tərcümə: Elmina Səfərova

 

Elmina Səfərova

Mən Səfərova Elmina 2013-cü ildən Koreya və BIGBANG pərəstişkarıyam.Hal-hazırda Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Elmina Səfərova