//광복절(Kvanqbokcol)-Milli Qurtuluş Günü

광복절(Kvanqbokcol)-Milli Qurtuluş Günü

Asyada “Səhər Səssizliyi Ölkəsi” adlanan Koreya bundan düz 74 il öncə öz azadlığına qovuşub.

Koreya dilində 광복절(Kvanqbokcol) adlanan günün dilimizdə tərcüməsi “işığı geri aldığımız gün”-dür.

35 il boyunca yaponlardan asılı vəziyyətdə olan xalq öz dilindən, mədəniyyətindən, azadlıqlarından, hətta adlarından belə məhrum edilmiş, zorla asılılığı qəbul etməyə məcbur edilmişdir. Məktəblərdə dərslər yapon dilində tədris olunmuş, uğurlu və gələcəyi parlaq şəxslər zorla Yaponyaya göndərilərək orada xidmət göstərməyə vadar edilmişdir. II Dünya Müharibəsi zamanı Koreya xalqı müstəqilliklərini geri qazanmaq üçün ayağa qalxaraq, bir çox üsyan və hərəkatlar başladır. Nəhayət, 1945-ci il 15 avqust tarixində Yaponiya İmperiyası Antihitler koalisiyasına təslim olmuş və Koreya yarımadası azad edilmişdir.

(Yaponiyanın təslim olmasından sonra Seulda Yapon Qubernatorluğu binasından yapon bayrağının endirilməsi)

Koreyanın Milli Qurtuluş Günü hər il 15 avqust Şimali və Cənubi Koreyada qeyd olunan bir tətildir. Həmin gün həm Şimali, həm də Cənubi Koreyanın qeyd etdiyi yeganə rəsmi dövlət tətili günü olması ilə diqqətəlayiqdir.

15 avqust 1945-ci ildə yaponların əsarətindən çıxıb daha sonra özlüyündə iki hissəyə bölünməsinə baxmayaraq, bu günü hər iki dövlətdə dəyərli hesab edir.

TAGS:

Elmina Səfərova

Mən Səfərova Elmina 2013-cü ildən Koreya və BIGBANG pərəstişkarıyam.Hal-hazırda Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Elmina Səfərova