//Əyləncəli telefon nömrələri

Əyləncəli telefon nömrələri

Cənubi Koreyalılar telefon nömrələrinin asan əzbərləməyin yolunu tapıb.

Gündəlik həyatımızda bir çox nömrələrə zəng edərək sifariş verir, komunal servislərdən istifadə edirik. İşimizi daha da asanlaşdırmaq, vaxt itkisini azaltmaq üçün bir neçə müəssəsələr var ki, bizə kömək edir. Lakin, həm bu müəssəsələrin həm də servis mərkəzlərinin nömrəsini yadda saxlamaq elə də asan deyil. Koreya da isə bu nömrələri xatırlamaq çox asandır. Telefon nömrələrini həmin müəssəsə və servislərlə əlaqələndirib əyləncəli və yadda qalan formada müştərilərə təqdim edirlər.

Aşağıdakı bəzi əyləncəli telefon nömrələrinə baxaq:

5252:오이오이 (oioi). Koreya dilində 5(o) və 2(i) rəqəminin birlikdə səsi oi (오이), xiyar sözü kimi tələffüs olunur. Elə buna görə də tərəvəz mağazalarının nömrəsi bu şəkildədir.

9292:구이구이 (kuikui). İngilis dilində çox rastlaşdığımız  quick quick səsi toyuq və cücələrin çıxardığı səsdir. Bu nömrə toyuq sifarişi edən insanların yadında asanlıqla qalır.

5292: 리구이 (orikui). Koreya dilində ori(오리) ördək və quick(구이) sözlərinin rəqəmə çevrilmiş forması olan bu nömrə, ördək satılan mağazaların nömrəsidir.

8282:빨리빨리 (balliballi). 8(bal) və 2(i) rəqəmi birlikdə bali, yəni koreya dilində balli (tez-tez) səsinə bənzədiyindən çatdırılma şirkətlərinin nömrəsi bu cürdür.

4949:사구사구 (saqusaqu). 4(sa) və 9(qu) rəqəmlərinin birlikdə səsi koreya dilindəki ucuz (싸게) sözü ilə oxşar olduğundan , ölkədəki bazarların nömrəsi 4949dur.

4989:사구팔구 (saqupalqu). Sada(사다) almaq və Palda(팔다) satmaq sözlərinin birləşməsindən yaranan saqupalqu , alqı-satqı ofislərinin telefon nömrəsidir.

1313:열쇠열쇠 (yolsueyolsue). 13 rəqəminin deyilişi açar sözü ilə eyni olduğundan açar təmir olunan yerlərin nömrəsi daha yadda qalandır.

5455:오서오오 (osooo). Restoranların nömrəsi olan osooo koreya dilində xoş gəlmisiniz sözü ilə eyni cür səslənir.

2424, 2404, 2482 nömrələrinin hər birinin ilk 2 rəqəmi 2(i) və 4(sa) birlikdə köçmək mənasını verən isa (이사) sözü ilə eyni səslənir. Məhz buna görə də yük daşıma şirkətlərinin telefon nömrələri 24 rəqəmi ilə başlayır.

Koreya Dəmiryolları nömrəsi olan 7788 (칠칠팔팔)qatarların dəmir reyslər üzərində çıxardığı “칙칙폭폭” (çikçikpoqpoq) səsidir.

Həmçinin, mələk mənasındakı 1004 çonsa(천사), 7942 çinqusai(친구사이) dostlar arasında, 5882 oppaballi(오빠빨리) oppa tezol  kimi səslənən rəqəmlərdə məşhur əyləncəli rəqəmlərdir.

 

 

Elmina Səfərova

Mən Səfərova Elmina 2013-cü ildən Koreya və BIGBANG pərəstişkarıyam.Hal-hazırda Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Elmina Səfərova