İdolların işi çox çətindir. Ona görə ki, daim dəbli olmaq lazımdır. Bunun səbəbi sevimli idol pərəstişkarlarının onların geyimləri ilə həddindən artıq maraqlanmasından irəli gəlir. Harda olmasından aslı olmayaraq onların geyimi çox önəmli faktordur. Bu istər hava limanı olsun, istərsə də gündəlik gün, fərqi yoxdur. Çunki pərəstişkarlar xoşlayırlar idolların geyimlərinin hər xirdalığına diqqət yetirsinlər, onları müzakirə etsinlər. Xoşbəxtlikdən bu məsuliyyətli işin öhdəsindən gəlməyə, idollara xüsusi seçilmiş stilistlər kömək edir. Təsadüf seçilmiş bir geyim və ya gözələnilmədən çəkilən bir şəkil hər hansı bir idolun günlərlə gündəmdə qalmasına səbəb ola bilər. Bəzən bu məsələlər böyük qalmaqala da gətirib çıxardır. Bu səbəbdən sevimli idollar öz geyimlərinə çox diqqət göstərir və önəm verirlər. Gəlin birlikdə ən yaxşı stili olan idolların siyahısına birlikdə baxaq.
Qrupun 13 nəfərdən ibarət olmasına baxmayaraq hamısı saçlarından tutmuş, makiyaja, geyimə kimi mükəmməl şəkildə müəyyən konsepsiyada geyinirlər, görsənirlər.
Pərəstişkarların fikrincə bu qızları bir dəfə də olsun görkəmsiz görən olmayıb. Onalar həmişə zövqlü və dəbli görsənirlər.
Bir çox insan, bu qrupun tərzini görməməzlikdən gəlməsinə baxmayaraq, onlar həmişə müəyyən konsepsiyanı özündə birləşdirə bilən müxtəlif geyimlərdə ola bilirlər.
Bu qrupun qızları daim cəlbedici tərz geyimləri ilə gündəmdə qalmaqal yaradırlar.
Çhonq Ha (Chungha)
Bu qız istənilən yerdə bu qədər mükəmməl necə görsənməyi bacarır, hələ də hamıya maraqlıdır. Harda olmasından aslı olmayaraq onun özünə məxsus geyim tərzi, sadəliyi hamını özünə cəzb edir.
Bu qrupun stilisti daim alqışlanır. Onun qızlar üçün yaratdığı geyim tərzləri özünə məxsusluğu ilə digərlərindən fərqlənir.
K-pop qrupları içərisində öz geyim tərzi ilə əfsanə olan qrup. Qeyd edək ki, stilistin əməyindən başqa, qrup üzvlərinin hər birinin mükəmməl zövqü var, bu da stilistin işini daha da mükəməlləşdirir.
Bəs siz hansı idolun stilini daha çox bəyənirsiniz?
- Conq So Min və Kim Ci Sok “Monthly House” adlı yeni serialın baş rol qəhrəmanları seçildi - 13 Oktyabr 2020
- Suzy və Nam Cu Hyokun “Startup” adlı serialının video tizri yayımlandı - 09 Sentyabr 2020
- Kim Hyon Cunq ilkin tibbi yardım göstərərək həyat xilas etdi - 09 Sentyabr 2020