F.T. Island qrupunun üzvu İ Honq Qi (Lee Hong-gi) pərəstişkarlarına keçirdiyi əməliyyat haqqında danışaraq yaşadığı problemlərdən bəhs edib. İyun ayının 15-i tarixində şəxsi Instagram səhfəsində xəstəxanada çəkilən şəklini paylaşaraq bu sözləri qeyd edib: “Bu mənim bədənimdir amma hərdən ona o qədər əsəbləşirəm ki. Niyə belə oldu?. Kaş ki, yenisini almaq mümkün olsaydı, mən düşünmədən alardım. Niyə axı mümkün deyil?. Çox əsəbiyəm. Xahiş edirəm məni rahat buraxın“. Qeyd edək ki, sevilən müğənni Hemorrhoid adlı xəstəlikdən əziyyət çəkir. Aşağıda paylaşılan şəkildən açıq aydın görsənir ki, əməliyyatdan sonra onun vəziyyəti daha da pisləşib. Hansamo ailəsi adından ona şəfa diləyirik.
Latest posts by Turan Suleymanova (see all)
- Conq So Min və Kim Ci Sok “Monthly House” adlı yeni serialın baş rol qəhrəmanları seçildi - 13 Oktyabr 2020
- Suzy və Nam Cu Hyokun “Startup” adlı serialının video tizri yayımlandı - 09 Sentyabr 2020
- Kim Hyon Cunq ilkin tibbi yardım göstərərək həyat xilas etdi - 09 Sentyabr 2020