//Əgər siz Koreya seriallarını sevir və izləyirsəniz bu sözləri mütləq bilməlisiniz

Əgər siz Koreya seriallarını sevir və izləyirsəniz bu sözləri mütləq bilməlisiniz

 

Sevdiyimiz serialların hansı dildə olmasından, biz həmin dili anlayıb, başa düşməyimizdən aslı olmayaraq mütləq həmin seriallardan hansısa konkret sözləri artıq bilirik. Koreya seriallarını sevənlərdə, sırf serialı sevdiklərindən həmin dilə qarşı maraq oyanır. Koreya dilini öyrənməyə, seriallı orginaldan izləməyə həvəs yaranır. Bəzən elə olur ki, müəyyən səbəblərdən biz dili öyrənə bilmirik. Amma əminliklə deyə bilərəm ki, dili bilmədən məhz seriallara baxaraq ən önəmli sözləri biz artıq mənimsəyir və gündəlik həyatımızda həmin ifadələrdən istifadə edirik. Aşağıda sizin üçün Koreya seriallarına baxaraq öyrənilən bəzi sözləri sizə təqdim edirik. Hansı ki, sırf bu sözləri bütün serial sevərlər bilməlidirlər.

1-ci Saranqhe/사랑해 : Səni sevirəm

 

 

2-ci Kacima/ 가지마 : Getmə

 

3-cü Çohahe/좋아해 : Xoşum gəlir

 

4-cü Peqopa?/배고파? : Acımısan?

 

5-ci Poqoşipo/보고싶어 : Sənin üçün darıxıram

 

6-cı Çalça/잘자 : Gecən xeyrə qalsın

 

7-ci Koqconqhacima/걱정하지마 : Narahat olma

 

8-ci Kençana?/괜찮아? : Yaxşısan?

 

9-cu Vue kıre? / 왜그래 : Niyə belə elədin?(Niyə axı?)

 

10-cu Sonbe/선배 : Oxuduğunuz və ya işlədiyiniz yerdə sizdən daha əvvəl oxuyana, işləyənə müraciət forması

Hube /후배 : Oxuduğunuz və ya işlədiyiniz yerdə sizdən sonra gələnə müraciət forması

 

11-ci Korhonheco/결혼해줘 : Mənimlə evlənərsən?

 

12-ci Ccaq saranq/짝사랑 : Qarşılıqsız sevgi

 

13-cü Mianhe/미안해 : Bağışla

 

14-cü Heocica/헤어지자 : Gəl ayrılaq.

15-ci Çebal/제발 : Xahiş edirəm(Yalvarıram, bu ifadə çıxılmaz vəziyyətdə işlənir)

 

16-cı Onni/oppa/nuna/hyonq

  • Onni/언니 : Yaşca böyük olan olan qıza və ya böyük bacıya müraciət müraciət formasıdır (ancaq qızlar işlədir)
  • Oppa/오빠 : Qızın oğlana müraciət formasıdır, həm də qardaşa da, deyilir (ancaq qızlar işlədir)
  • Nuna/누나 : Böyük bacıya müraciət formasıdır (ancaq oğlanlar işlədir)
  • Hyonq/형 : Böyük qardaşa və ya yaşca böyük olana müraciət formasıdır (ancaq oğlanlar işlədir)

Bu sözlər sadəcə qan qohumluğu olanlara aid deyil. İstənilən insana, yaxınlığını nümayiş etdirmək məqsədi ilə işlədilə bilər.

 

17-ci  Çonqmal/정말 və ya Çinca/진짜 : Doğurdan?

18-ci  Ande/안돼 : Heç vaxt

19-cu Pabo/바보 : Axmaq

20-ci  Çoha/좋아 : Yaxşı (Ok)

Omo omo Yuxarıda təqdim olunan sözlərin siyahısına bəs siz nəyi əlavə etmək istərdiniz? Paylaşılan şəkillərdəki hansı seriallara baxmısınız?